Türkiyəli nazir: Azərbaycanla əlaqələrimizi "bir millət, iki dövlət" prinsipi ilə davam etdirəcəyik
- 28 sentyabr, 2025
- 00:45

Sarsılmaz əlaqələrlə bir olduğumuz Azərbaycanla əlaqələrimizi "bir millət, iki dövlət" prinsipi ilə davam etdirəcəyik.
"Report"un məlumatına görə, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç "X"dəki hesabında yazıb.
TBMM-də (Türkiyə Böyük Millət Məclisi - red) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, AKP-nin İstanbuldan olan millət vəkili Şamil Ayrımla, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Əhliman Əmiraslanov və dostluq qrupunun üzvü Eldar Quliyevlə görüşdük.
Dost və qardaş ölkəmiz olan Azərbaycanla bütün sahələrdə, xüsusən məhkəmə sahəsində əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün məhsuldar görüş keçirdik.
Sarsılmaz əlaqələrlə bir olduğumuz Azərbaycanla münasibətlərimizi "bir millət, iki dövlət" prinsipi ilə davam etdirəcəyik.
Onlara ziyarətlərinə görə təşəkkür edirəm", - nazir qeyd edib.