“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Göyçayda keçiriləcək
Energetika
- 28 fevral, 2022
- 13:49
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Göyçay rayonunda təşkil olunacaq.
“Report” bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, “Azəriqaz”ın rəhbər şəxsləri Göyçay şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsində (Əli Kərim adına şəhər parkı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
“Səyyar qəbul otağı” martın 2-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Son xəbərlər
14:10
Polşa səfiri Gəncənin icra başçısı ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Xarici siyasət14:10
Nazir müavini: Azərbaycanda könüllülük fəaliyyətinə cəlb olunmuş gənclərin 22-27 %-i işlə təmin edilir
Daxili siyasət13:58
Ədliyyə Nazirliyi 200-dən çox gənci könüllü fəaliyyətə cəlb edib
Daxili siyasət13:57
Ömər Paşayevin AFFA-dakı vəzifəsindən ayrılmasının səbəbi bəlli olub
Futbol13:47
Azərbaycan və Çexiya arasında Hökumətlərarası Komissiyanın növbəti iclasının 2026-da keçirilməsi planlaşdırılır
Xarici siyasət13:47
İndoneziyada daşqınlar nəticəsində dəyən zərər 4 milyard dolları ötə bilər
Digər ölkələr13:46
BMT TŞ-nin nümayəndə heyəti Suriyadadır
Digər ölkələr13:46
ATƏT PA Bakı və İrəvan arasında sülhü dəstəkləməyə hazırdır
Xarici siyasət13:46