Azərbaycan üçün "yaşıl hidrogen" bərpa olunan enerjinin inkişafında mühüm rol oynayacaq

Energetika
  • 25 sentyabr, 2025
  • 12:02
Azərbaycan üçün yaşıl hidrogen bərpa olunan enerjinin inkişafında mühüm rol oynayacaq

Azərbaycan üçün "yaşıl hidrogen" də bərpa olunan enerji sahəsinin inkişafında mühüm rol oynaya ola bilər.

"Report" xəbər verir ki, bunu "Sungrow" şirkətinin şəbəkə texnologiyaları üzrə direktoru Honq Su Qo Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Mərkəzi Asiya ölkələri ortamüddətli perspektivdə - 2028-2031-ci illərdə bərpa olunan enerji sahəsində bir sıra məsələlərə diqqət yetirməlidir: "Buraya uzunmüddətli enerji saxlama sistemlərinin tətbiqi, daha çox layihənin hazırlanması, uzunmüddətli dəstək təmin edən batareya enerji sistemlərinin təmin edilməsi, həmçinin şəbəkənin modernizasiyası və "ağıllı şəbəkə"yə investisiyalar daxildir. Belə ki, bu ölkələrdə bazar və şəbəkə operatorları "ağıllı şəbəkə" texnologiyasından istifadəyə investisiyalar qoya bilərlər. Bundan başqa, onlar enerji ötürülməsi zamanı yaranan "dar boğazlar"ı aradan qaldırmaq üçün elektrik şəbəkə infrastrukturunu müasirləşdirməyə də nəzər sala bilər. Uzunmüddətli perspektivdə, Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün günəş enerjisi ilə birlikdə "yaşıl hidrogen" də bərpa olunan enerji sahəsində həllərdən biri ola bilər".

Şirkət rəsmisi vurğulayıb ki, region ölkələri bu istiqamətdə birlikdə işləməli və sıx əlaqə qurmalıdırlar: "Bununla enerji bazarında tarazlıq təmin edilə və tam çevik sistem yaradıla bilər. Mərkəzi Asiya ölkələri əslində günəş və enerji saxlama sistemi innovasiyalarında liderlik etməyə hazırdır".

Son xəbərlər

Bütün Xəbər Lenti