Aİ-nin enerji müstəqilliyi siyasəti Xəzəryanı ölkələrin qaz ixracını artırır

Energetika
  • 25 sentyabr, 2025
  • 12:46
Aİ-nin enerji müstəqilliyi siyasəti Xəzəryanı ölkələrin qaz ixracını artırır
Tamara Safonova

Avropa İttifaqının (Aİ) enerji müstəqilliyi siyasəti Rusiyanın qaz hasilatını azaldıb, Xəzəryanı ölkələr isə ixracı artırır.

"Report" xəbər verir ki, bunu "NAANS-Media"nın icraçı direktoru Tamara Safonova Bakıda "Xəzər və Mərkəzi Asiya - neftemalı, neft-kimyası, ticarət, logistika" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Aİ-nin Rusiya enerji resurslarından asılılığı azaltmaq siyasəti Avropaya qaz ixracının azalmasına, nəticədə Rusiyada qaz hasilatının da geriləməsinə səbəb olub.

"Xəzəryanı ölkələr – İran, Türkmənistan, Qazaxıstan və Azərbaycan üzrə isə fərqli mənzərə müşahidə edilir. İranda qaz hasilatı əhəmiyyətli dərəcədə artıb, Türkmənistanda da yüksəliş var, Qazaxıstanda son illərdə sabitlik qorunur, Özbəkistanda isə hasilat həcmləri azalma tendensiyası göstərir. Bəzi ölkələr – xüsusən Qazaxıstan və Azərbaycanda rəsmi statistikada həm kommersiya qazı, həm də səmt qazı birlikdə göstərilir və ümumi həcmlər iki dəfə çox görünə bilər".

Bildirib ki, Rusiyada hasilat azalmasına baxmayaraq, Mərkəzi Asiya ölkələri və Qazaxıstan Avropa bazarına çıxış imkanlarını genişləndirməkdə maraqlıdır: "Bu məqsədlə Qazaxıstan, İran, Özbəkistan və Qırğızıstan resurslarının ixracını və svop tədarüklərini artırmaq üçün yeni sazişlər hazırlanır. Bu, həm də regionun artan tələbatını ödəməyə, xüsusilə əhalisi sürətlə çoxalan Qazaxıstanda şimal bölgələrinə qaz tədarükünü gücləndirməyə imkan verəcək".

Son xəbərlər

Bütün Xəbər Lenti