Ramin Məmmədov: Dil, əxlaq, mədəni irs və dövlətçilik ənənələri milli kimliyimizin təməl sütunlarıdır

Daxili siyasət
  • 03 dekabr, 2025
  • 10:59
Ramin Məmmədov: Dil, əxlaq, mədəni irs və dövlətçilik ənənələri milli kimliyimizin təməl sütunlarıdır

Xalqın tarixi yaddaşı, dili, mədəni irsi, əxlaqi dəyərləri və dövlətçilik ənənələri Azərbaycan milli kimliyinin təməl sütunlarıdır.

"Report"un Göyçaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov şəhərdə təşkil olunan "Milli-mənəvi kimlik və müasir çağırışlar" mövzusunda regional konfransdakı çıxışında deyib.

O, ölkə rəhbərliyinin milli kimliyin qorunmasına mühüm töhfələr verdiyini vurğulayıb:

"Milli-mənəvi kimliyimizin hansı ideoloji əsaslar üzərində formalaşdığını xatırlamaq yerinə düşər. Bu mənada, heç şübhəsiz, Ulu Öndər Heydər Əliyevin xalqımızın mənəvi və mədəni dəyərlərinə əsaslanaraq irəli sürdüyü azərbaycançılıq ideologiyasını xüsusi qeyd etməliyik. Müasir dövrdə bu ideoloji xətt Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin sağlam mənəviyyatla formalaşması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun humanitar, sosial və mədəni təşəbbüslərlə milli kimliyimizin qorunmasına verdiyi mühüm töhfələri də xüsusi vurğulamaq lazımdır".

Komitə sədri milli kimliyin fərdi və kollektiv davranışları müəyyənləşdirdiyini qeyd edib:

"Milli-mənəvi kimlik dedikdə biz yalnız müəyyən dəyərlərin məcmusunu deyil, eyni zamanda xalqımızın əsrlər boyu formalaşan dünyagörüşünü, özünüdərk prosesini, həyat tərzini və cəmiyyət olaraq varlığımızı müəyyən edən mənəvi kodları nəzərdə tuturuq. Bu kimlik fərdi və kollektiv davranışımızı, ictimai münasibətlərimizi, gələcəyə baxışımızı formalaşdıran kompleks sistemdir. Bir sözlə, xalqımızın tarixi yaddaşı, dili, mədəni irsi, əxlaqi dəyərləri və dövlətçilik ənənələri milli kimliyimizin təməl sütunlarıdır".

Son xəbərlər

Bütün Xəbər Lenti