Rəşad İsmayılov: Azərbaycan xəritəçilik, geodeziya sahələri üzrə əməkdaşlığın genişlənməsinə önəm verir

Xarici siyasət
  • 03 dekabr, 2025
  • 11:02
Rəşad İsmayılov: Azərbaycan xəritəçilik, geodeziya sahələri üzrə əməkdaşlığın genişlənməsinə önəm verir
Rəşad İsmayılov

Azərbaycan xəritəçilik, geodeziya sahələri üzrə əməkdaşlığın genişlənməsinə önəm verir.

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov dekabrın 3-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclasında deyib.

Onun sözlərinə görə, TDT təkcə əməkdaşlıq məkanı deyil, həm də mühüm geosiyasi təsir mərkəzinə çevrilir:

"TDT çərçivəsində digər sahələr üzrə əməkdaşlıq genişlənir. Bu gün baş tutan görüş regional səviyyədə vahid standartların tətbiqi, ortaq tematik xəritələşmə işlərinin genişlənməsi üçün mühüm əhəmiyyət daşıyır".

R.İsmayılov həmçinin vurğulayıb ki, həmsərhəd ölkələrdə dövlət sərhədinin demarkasiyası və delimitasiyası üçün mühüm işlər görülür:

"Qarşıdakı dövrdə TDT ölkələri arasında xəritəçilik sahəsində əməkdaşlığın genişlənməsi üçün böyük potensial var. Azərbaycan xəritəçilik sahəsi uzun və dinamik inkişaf yolu keçib. Biz xəritəçilik üzrə əməkdaşlığın daha da genişlənməsinə böyük önəm veririk. Təbii ehtiyatların xəritələnməsi və regional ekosistemin vahid sisteminin formalaşdırılması TDT qarşısında duran əsas prioritetlərdən biridir".

R.İsmayılov, eyni zamanda, TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin növbəti iclasının Qazaxıstanda keçiriləcəyini vurğulayıb.

O, xatırladıb ki, ötən il Ankarada qəbul edilmiş bəyannaməyə uyğun olaraq TDT ölkələrinin Vahid Tematik Xəritəsinin hazırlanması da iclasın müzakirə mövzuları sırasındadır.

Son xəbərlər

Bütün Xəbər Lenti