Fərhad Məmmədov: Elmi mərkəzlərə tələbat və maraq artıb

Elm və təhsil
  • 03 dekabr, 2025
  • 11:10
Fərhad Məmmədov: Elmi mərkəzlərə tələbat və maraq artıb

Heç bir dövlət təkbaşına elmi üzərinə götürə bilməz, amma digər tərəfdən də dövlət elmə pul ayırmalıdır.

"Report" xəbər verir ki, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov Sosial Tədqiqatlar Mərkəzinin "Sosial-siyasi elmlər müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm ve universitetler" mövzusunda təşkil etdiyi dəyirmi masada deyib.

"Fikrimcə, hazırda tədrisə fikir versək də, elmi mərkəzlərə o qədər diqqət göstərilmir, ancaq bu diqqət də təmin edilməlidir. 25-30 il ərzində bizim regiona diqqət çox aşağı olub. İki-üç dəfə Cənubi Qafqaz Araşdırmaları simpoziumunu keçirdik, cəmi 30-40 nəfər maraq göstərirdi. Amma indi vəziyyət dəyişib, tələbat və maraq artıb. Bu transformasiyalarda yeni çağırışlar, imkanlar araşdırılıb dövlətə təqdim olunmalı və dövlətin mövqeyi beynəlxalq platformalarda diqqətə çatdırılmalıdır", - o əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti