Putin Rusiya-Azərbaycan münasibətlərində problemlərin olduğunu etiraf edib

Digər
  • 03 sentyabr, 2025
  • 18:44
Putin Rusiya-Azərbaycan münasibətlərində problemlərin olduğunu etiraf edib

Ölkələr arasında münasibətlərdə həmişə cari vəziyyətdən irəli gələn hansısa suallar yaranır.

"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Pekində keçirilən mətbuat konfransında bildirib.

"Problemlər var. Amma bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə salamlaşdıq, iki-üç kəlmə kəsdik. Lakin hesab edirəm ki, Azərbaycan və Rusiya arasında fundamental münasibətlər və onların inkişafına qarşılıqlı maraq hər şeyi öz yerinə qoyacaq"- o qeyd edib.