Tramp ABŞ-nin Polşadakı hərbi mövcudluğunu artırmağa hazır olduğunu bildirib

Digər ölkələr
  • 03 sentyabr, 2025
  • 20:55
Tramp ABŞ-nin Polşadakı hərbi mövcudluğunu artırmağa hazır olduğunu bildirib

ABŞ Prezidenti Donald Tramp Polşa hökumətinin istəyəcəyi təqdirdə Vaşinqtonun Polşadakı Amerika hərbçilərinin sayını artırmağa hazır olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə Tramp Ağ Evdə Polşa Prezidenti Karol Navrotski ilə görüşü zamanı bildirib.

"Bir şey olsa, istəsələr, daha da çox əsgər göndərəcəyik. Onlar çoxdan ABŞ-nin daha geniş iştirakını istəyirdilər. Onlar Polşada qalacaqlar. Biz Polşaya çox yaxınıq", - o deyib.

Polşa prezidenti də öz növbəsində qeyd edib ki, hazırda ölkədə 10 min amerikalı əsgər var.

"Bu, dünyaya, Rusiyaya bir siqnaldır ki, biz (ABŞ və Polşa – red.) bir yerdəyik", - Navrotski söyləyib.