Türkiyə Əfqanıstana 25 ton humanitar yardım göndərib

Digər ölkələr
  • 03 sentyabr, 2025
  • 20:38
Türkiyə Əfqanıstana 25 ton humanitar yardım göndərib

Türkiyə Əfqanıstana 25 ton humanitar yardım göndərib.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Əfqanıstanın şərqində yerləşən Kunar vilayətində avqustun 31-i gecəsi baş verən 6 bal gücündə zəlzələdən sonra Türkiyədən yardım istənilib.

Çağırış əsasında Türkiyə Xarici İşlər Nazirliyi ilə Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD), eləcə də Türkiyə Qızıl Aypara Cəmiyyətinin koordinasiyasında hazırlanan humanitar yardım ləvazimatları Kayseridəki Erkilet hava limanından Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə bölgəyə çatdırılıb.

Humanitar yardım bölgədə təcili ehtiyac duyulan sığınacaq vasitələri, gigiyena və ərzaq bağlamalarından ibarət olub.

Qeyd edək ki, zəlzələ nəticəsində 1 400-dən çox insan həlak olub, 3,1 min nəfər yaralanıb, 5 412 ev dağılıb. Zəlzələdən sonra Kabil Ankaradan yardım istəyib.