QHT-lərə Dövlət Dəstəyi Agentliyi qrant müsabiqələrini elan edib
- 03 sentyabr, 2025
- 20:31

Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi BP ilə əməkdaşlıq çərçivəsində birgə qrant müsabiqələrini elan edir.
"Report" bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, müsabiqələr üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2025-ci il sentyabrın 22-də başlanacaq. Müraciət üçün son tarix 2025-ci il 22 oktyabrdır.
Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. Müsabiqənin nəticələri 2026-cı ilin I rübü ərzində elan olunacaq.
Müsabiqələr aşağıdakı mövzuları ehtiva edir:
- Biomüxtəlifliyin qorunması və bərpası;
- İcmaların məişətdə istifadə, yaxud suvarma üçün suya olan ehtiyaclarının qarşılanmasına yardım etmək;
- 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə bağlı təşəbbüslər;
- İqlim dəyişmələrinə qarşı mübarizəyə ictimai dəstək.