Azərbaycanla Vyetnam arasında təhlükəsizlik sahəsində əməkdaşlıq Sazişi təsdiqlənib
Digər
- 21 noyabr, 2025
- 16:18
"Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə Vyetnam Sosialist Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Dövlət Təhlükəsizliyi Xidməti, həmçinin Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Vyetnam Sosialist Respublikası tərəfinə bildiriş göndərməlidir.
Xatırladaq ki, sözügedən Saziş 2025-ci il oktyabrın 26-da Hanoy şəhərində imzalanıb.
Son xəbərlər
17:19
Ağcabədi rayonunda "Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu" mövzusunda konfrans keçirilib
Daxili siyasət17:15
"Kəpəz"in baş məşqçisi: "Rəqib komandanın azarkeşləri önündə oynamaq çətindir"
Futbol17:14
Malayziya nümayəndəsi: Süni intellekt auditoriya üçün doğru narrativi formalaşdırmağa kömək edir
Xarici siyasət17:14
Zahirəddin İbrahimovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb
Hadisə17:13
"Çelsi"nin futbolçusu evdə zədələnib
Futbol17:10
Avropa liderləri Ukrayna ilə bağlı ABŞ-nin sülh təşəbbüsləri üzrə gələcək koordinasiyanı razılaşdırıblar - YENİLƏNİB
Digər ölkələr17:06
Azərbaycan Avstriyaya neft satışını 2 dəfədən çox artırıb
Energetika16:57
Foto
İslamiada: Azərbaycan güləşçisi gümüş medal qazanıb
Fərdi16:51