Avropa liderləri Ukrayna ilə bağlı ABŞ-nin sülh təşəbbüsləri üzrə gələcək koordinasiyanı razılaşdırıblar - YENİLƏNİB

Digər ölkələr
  • 21 noyabr, 2025
  • 17:10
Avropa liderləri Ukrayna ilə bağlı ABŞ-nin sülh təşəbbüsləri üzrə gələcək koordinasiyanı razılaşdırıblar - YENİLƏNİB

Avropa liderləri Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında davamlı və ədalətli sülhə nail olunması yolunda Ukraynaya sarsılmaz və tam dəstəklərini təsdiqləyiblər.

"Report" xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerin Volodimir Zelenski ilə telefon danışığının nəticələrinə dair Almaniya Federal hökumətinin dərc etdiyi bəyanatda qeyd olunub.

"Dörd lider Birləşmiş Ştatların Ukraynada müharibənin dayandırılması üçün göstərdiyi səyləri alqışlayıb. Xüsusilə onlar Ukraynanın suverenliyinə sadiqliyi və Kiyevə etibarlı təhlükəsizlik zəmanətləri vermək istəyini alqışlayıblar", - məlumatda bildirilib.

Bundan başqa, liderlər Avropa və Ukraynanın maraqlarının uzunmüddətli müdafiəsinin vacibliyini vurğulayıblar. Əsas şərtlər arasında təmas xəttinin mümkün qarşılıqlı anlaşma üçün başlanğıc nöqtəsi kimi tanınması və Ukrayna silahlı qüvvələrinin ölkəni səmərəli şəkildə qorumaq qabiliyyətinin təmin edilməsi yer alır.

Avropa liderləri müharibənin dayandırılmasına dair ABŞ-Rusiya təklifini müzakirə etmək üçün Ukrayna Prezidenti Volodimir Zelenski ilə təcili danışıqlar aparacaqlar.

Bu barədə "Report" "Bloomberg"ə istinadən xəbər verir.

Məlumata görə, Zelenski ilə telefon danışığını Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merts aparacaq.

Telefon danışığı bu gün Avropa vaxtı ilə günorta saatlarında baş tutacaq.

"Reuters" agentliyi təsdiqləyir ki, Merts danışıqlara vaxt ayırmaq üçün planlaşdırılmış tədbirdə iştirakdan imtina edib.

Bundan başqa, sabah Cənubi Afrikada keçiriləcək G20 sammitinin kuluarlarında liderlərin daha bir görüşünün keçirilməsi gözlənilir.

Son xəbərlər

Bütün Xəbər Lenti