Azərbaycan güləşçiləri İslamiadanın son günündə 4 medal qazanıblar - YENİLƏNİB-3

Fərdi
  • 21 noyabr, 2025
  • 17:59
Azərbaycan güləşçiləri İslamiadanın son günündə 4 medal qazanıblar - YENİLƏNİB-3

Azərbaycanın daha bir sərbəst güləşçisi Giorgi Meşvildişvili (125 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

"Report" xəbər verir ki, üçüncü yer uğrunda misirli Abdelrahman Şeyatana 5:0 hesabı ilə qalib gələn təmsilçimiz bürünc mükafatı hesabına yazdırıb.

Qeyd edək ki, daha əvvəl Arseniy Djioyev (86 kq) qızıl, Ağanəzər Novruzov (74 kq) gümüş, Maqomedxan Maqomedov (97 kq) isə bürünc medal qazanıb.

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov (97 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

"Report" xəbər verir ki, onun bəhreynli rəqibi Əhməd Tajudinov üçüncü yer uğrunda görüşə çıxmayıb.

Qeyd edək ki, daha əvvəl Arseniy Djioyev (86 kq) qızıl, Ağanəzər Novruzov (74 kq) gümüş medal qazanıb.

Azərbaycanın sərbəst güləşçisi Arseniy Djioyev (86 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında çempion olub.

"Report" xəbər verir ki, milli üzvü finalda Xıdır Saypudinova (Bəhreyn) qalib gəlib.

Görüş Azərbaycan güləşçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan sərbəst güləşçisi Ağanəzər Novruzov (74 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

"Report"un məlumatına görə, o, finalda İran təmsilçisinə 0:5 hesabı ilə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, digər təmsilçilərimizdən Arseniy Djioyev (86 kq) qızıl, Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) bürünc medal uğrunda görüşə çıxacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti