Ağcabədidə Vətən müharibəsindəki qələbədə milli-mənəvi dəyərlərin rolu mövzusunda konfrans keçirilib

Daxili siyasət
  • 21 noyabr, 2025
  • 17:19
Ağcabədidə Vətən müharibəsindəki qələbədə milli-mənəvi dəyərlərin rolu mövzusunda konfrans keçirilib

Ağcabədi rayonunda "Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu" mövzusunda konfrans keçirilib

Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, komiyənin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin müdiri vəzifəsini icra edən Pərviz Eyvazov Vətən müharibəsindəki qələbənin yalnız hərbi gücün deyil, həm də milli-mənəvi dəyərlərin təcəssümü olduğunu deyib.

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xətai Zeynalov vurğulayıb ki, Azərbaycan xalqını qələbəyə aparan əsas amillərdən biri mənəvi dayanıqlılıq və milli kimliyə sadiqlik olub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Regionlarla iş şöbəsinin məsləhətçisi Ramil Hikmət bildirib ki, Azərbaycan xalqı uzun illər işğalın ağrı-acısını yaşasa da, milli iradəsi onu Zəfərə aparan yolda möhkəm şəkildə birləşdirib.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov, şəhid anası Məlahət Həziyeva, Ağcabədi rayon Pedaqoji Kollecinin direktoru və müharibə veteranı Bəxtiyar Əliyev, eləcə də Ağcabədi şəhər "Cümə" məscidinin imamı Röya Balayev çıxışlarında vurğulayıblar ki, qələbədə əsas xalqın milli-mənəvi dəyərlərə bağlılığı, vətənə sadiqliyi xüsusi əhəmiyyət daşıyıb.

Sonda Dövlət Komitəsi tərəfindən çəkilmiş "Həmişə bizimləsiniz" filmi nümayiş olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti