Volodimir Zelenski: “Bir çox məsələdə Baydenin fikirlərini eşitmək istəyirəm”

Digər ölkələr
  • 01 sentyabr, 2021
  • 06:21
Volodimir Zelenski: “Bir çox məsələdə Baydenin fikirlərini eşitmək istəyirəm”
Volodimir Zelenski

“Bir çox məsələdə Baydenin fikirlərini eşitmək istəyirəm”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski söyləyib.

“Bizim sadəcə sual-cavabdan ibarət yox, ciddi görüşümüz var. Bir çox məsələ var ki, cavab yox, fikir almaq lazımdır. Bir çox məsələdə Baydenin fikirlərini eşitmək istəyirəm”, - o qeyd edib.

Zelenskinin sözlərinə görə, məsələlərə həmçinin təhlükəsizlik, müharibə və iqtisadiyyat daxildir.