İtkin düşən gəncin anası: Biz ailə olaraq soyadımızı oğlumuzun adı ilə dəyişmişik
Xarici siyasət
- 30 avqust, 2025
- 21:29

1993-cü il fevralın 5-də Ağdərə yaxınlığında Mahru Şahinin oğlu da daxil olmaqla 20 yaşı tamam olmayan 17 gənc əsgər itkin düşüb.
M.Şahinin "Report"un Avropa bürosuna verdiyi məlumata görə, onun əsl soyadı Əliyevadır.
"Baş verənlərdən sonra onun qayıdışına ümidimizi itirdiyimiz bir vaxtda bütün ailəmiz soyadımızı dəyişib Şahin qoyduq ki, adı yaşasın. Mən və digər iki övladım", - əsgərin anası bildirib.
Onun sözlərinə görə, itkin düşənlərin ailələri yaxınlarının qalıqlarını tapa bilmək üçün Ermənistandan minalar və kütləvi məzarlıqlar haqqında məlumatların verilməsini tələb edirlər.
"BMT onlara təsir etməli və bu məsələdə bizə kömək etməlidir", - o qeyd edib.
Son xəbərlər
10:15
Bortnikov: FTX "Türk axını" qaz kəmərində təxribatların hazırlanması barədə məlumatlara malikdir
Region10:11
Azərbaycan nefti cüzi bahalaşıb
Energetika10:10
Azərbaycan və Somali diplomatik pasport sahibləri üçün vizasız rejim tətbiq edir
Xarici siyasət10:03
"Xilasedici" klubu xorvatiyalı voleybolçu transfer edib
Komanda10:02
"Neftçi"nin basketbol komandasının baş məşqçisi: "Səhvlərin üzərində işləməliyik"
Komanda10:00
Ermənistanda yeparxiya rəhbəri iki ay müddətinə həbs olunub - YENİLƏNİB
Region10:00
Maliyyə Nazirliyi: Əhalinin orta ömrünün artması pensiya sistemi qarşısında mühüm çağırışlar yaradır
Maliyyə09:55
Azərbaycanda informasiya və rabitə sektorunda orta maaş 12 % artıb
İKT09:54