Fəridə Cabbarova: Bunlar bizim sevdiklərimizin yeganə xatirəsidir

Xarici siyasət
  • 30 avqust, 2025
  • 21:17
Fəridə Cabbarova: Bunlar bizim sevdiklərimizin yeganə xatirəsidir

Beynəlxalq İtkin Düşmüşlər Günündə "Qarabağ İtkin Ailələri" İctimai Birliyi tərəfindən Cenevrədə BMT-nin Avropa ofisinin qarşısında aksiyanın iştirakçıları burada təkcə öz adlarından deyil, Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş 3 990 nəfərin hamısının yaxınlarının adından çıxış edirlər.

Bu barədə "Report"un Avropa bürosuna həyat yoldaşı Xocalı faciəsi zamanı itkin düşən Fəridə Cabbarova məlumat verib.

F.Cabbarova aksiya zamanı Füzuli rayon sakini İxtiyar Məmmədovun fotoşəkilləri və şəxsi əşyalarını əlində tutub.

"İtkin düşənlərin hamısı bizim əzizlərimizdir və biz onların hamısının haqqının bərpasını tələb edirik", - deyən F.Cabbarova bir çox valideynlərin övladlarının taleyi ilə bağlı heç nə bilmədən dünyasını dəyişdiyini bildirib.

İtkin düşənlərin yaxınları onların qeyri-müəyyənlikdən əziyyət çəkməsinə son qoyulmasını tələb ediblər.