Yaponiyanın Baş naziri casusluq haqqında qanunun qəbuluna çağırıb

Digər ölkələr
  • 13 noyabr, 2025
  • 10:48
Yaponiyanın Baş naziri casusluq haqqında qanunun qəbuluna çağırıb

Yaponiyanın Baş naziri Sanae Takaiti casusluqla mübarizə haqqında qanunun qəbul edilməsini və xarici agentlərin qeydiyyat sisteminin tətbiqini vacib hesab edir.

"Report" TASS-a istinadən xəbər verir ki, o, bu barədə parlamentin yuxarı palatasının büdcə komissiyasının iclasında bildirib.

"Söhbət xarici qüvvələrin əməliyyatlarının qarşısının alınmasından gedir. Biz Yaponiya cəmiyyətinin sabitliyini təmin etmək və demokratiyanı sarsıdan müxtəlif çağırışlara cavab vermək niyyətindəyik", - Takaiti əlavə edib.

Bundan başqa, baş nazir xarici agentlərin qeydiyyat sisteminin tətbiq edilməsinin tərəfdarı olduğunu söyləyib.

"Bu, həmçinin iqtisadiyyata da aiddir, buna görə də mən Yaponiyanın müdafiəsi üçün tədbirləri, o cümlədən xarici agentlərin qeydiyyat sisteminin tətbiqini nəzərdən keçirmək istərdim", - hökumət başçısı bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti