Alen Simonyan: Kiminsə intim həyatının müzakirəsi, təhdidlər yolverilməzdir

Region
  • 13 noyabr, 2025
  • 12:35
Alen Simonyan: Kiminsə intim həyatının müzakirəsi, təhdidlər yolverilməzdir

Ermənistan parlamentinin sədri Alen Simonyan hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra bloqerlər Narek Samsonyan və Vazgen Saqatelyanın saxlanılmasına münasibət bildirib.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, A.Simonyan kiminsə intim həyatının müzakirə olunmasının, həmçinin təhdidlərin yolverilməz olduğunu bildirib.

"Bəli, xuliqanlıq edən və təhdid edən hər kəs qanuna uyğun olaraq cəzalandırılacaq. Burada təəccüblü heç nə yoxdur", - deyən parlament sədri təhdid və təhqirlərə məruz qalan hər kəsi hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti