Məcnun Məmmədov: "Azərbaycanda baytarlıq xidmətləri süni intellektlə gücləndiriləcək"

ASK
  • 13 noyabr, 2025
  • 12:49
Məcnun Məmmədov: Azərbaycanda baytarlıq xidmətləri süni intellektlə gücləndiriləcək

Azərbaycanda baytarlıq xidmətləri süni intellektlə gücləndiriləcək

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda gələn il baytarlıq xidmətləri və heyvan xəstəliklərinə qarşı profilaktik tədbirlər daha da gücləndiriləcək: "Mal-qaranın qarayara, dabaq, bruselyoz, quduzluq və digər yoluxucu xəstəliklərə qarşı vaksinləşdirilməsi dövlət hesabına həyata keçirilir".

Nazir qeyd edib ki, gələn il baytarlıq xidmətinin təşkili, vaksinlərin və baytarlıq ləvazimatlarının alınması üçün 41,9 milyon manat ayrılması nəzərdə tutulub: "Bu sahənin daha səmərəli təşkili üçün nəzərdə tutulan məbləğin 3 milyon manat artırılması ilə bağlı müraciət etmişik".

M. Məmmədov bitki mühafizəsi və aqrokimya xidmətlərinə də ayrılan vəsaitin artırıldığını vurğulayıb.

Onun sözlərinə görə, 2026-cı ildə zərərvericilərlə mübarizə tədbirləri üçün 5,4 milyon manat, aqrokimyəvi analizlər və toxum nəzarəti üçün isə 8,2 milyon manat vəsait nəzərdə tutulur.

Nazir bildirib ki, bu məbləğ cari illə müqayisədə 5,7 % çoxdur və xidmətlərin əhatə dairəsinin genişlənməsinə imkan verəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti