"Fitch" İpoteka və Kredit Zəmanət Fondunun reytinqini təsdiq edib

Maliyyə
  • 13 noyabr, 2025
  • 12:48
Fitch İpoteka və Kredit Zəmanət Fondunun reytinqini təsdiq edib

"Fitch" beynəlxalq reytinq agentliyi İpoteka və Kredit Zəmanət Fondunun (Fond) xarici və yerli valyutada uzunmüddətli reytinqini ölkə reytinqinə bərabər - "BBB-/Stabil" səviyyəsində təsdiq edib.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Agentliyin mövqeyinə görə, Fondun reytinqinin ölkə reytinqinə bərabər "BBB-" səviyyəsində (proqnoz "stabil") təsdiq olunması Fond ilə dövlət arasında möhkəm əlaqələrin olması, əhalinin əlverişli şərtlərlə mənzillə təmin edilməsi, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinin asanlaşdırılması yolu ilə biznes mühitinin inkişafında mühüm strateji əhəmiyyət kəsb etməsi ilə bağlıdır. Agentlik Fondun qeyri-kommersiya missiyasına baxmayaraq, onun maliyyə dayanıqlılığını, aktivlərinin keyfiyyətini, məqbul likvidlik mövqeyini xüsusi qeyd etmişdir.

"Fitch" 2009-cu ildən Fondun fəaliyyətini qiymətləndirir və onun müstəqil kredit reytinqini açıqlayır.

Son xəbərlər

Bütün Xəbər Lenti