Ukraynanın 2026-cı ildə dron və raket istehsalı potensialı 35 milyard dollar olacaq

Digər ölkələr
  • 06 oktyabr, 2025
  • 15:59
Ukraynanın 2026-cı ildə dron və raket istehsalı potensialı 35 milyard dollar olacaq

Ukraynanın yalnız dron və raket istehsalında potensialı gələn il artıq 35 milyard dollar olacaq.

"Report" "İnterfax-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski Kiyevdə keçirilən Beynəlxalq Müdafiə Sənayesi Forumunun açılışında bildirib.

"Yalnız dron və raket istehsalında potensialımız gələn il artıq 35 milyard dollar olacaq", - V.Zelenski bildirib.

O, həmçinin vurğulayıb ki, Ukrayna bir çox parametrlərə görə artıq xarici analoqları qabaqlamağa başlayan milli müdafiə məhsulları yaratmağa davam edir.

Son xəbərlər

Bütün Xəbər Lenti