Türkiyə 7 ayda Azərbaycan qazının alıcısı olan ölkələr arasında lider olub

Energetika
  • 06 oktyabr, 2025
  • 17:59
Türkiyə 7 ayda Azərbaycan qazının alıcısı olan ölkələr arasında lider olub

Bu ilin yanvar-iyul aylarında Türkiyə Azərbaycan qazının alıcısı olan ölkələr arasında lider olub.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycandan qaz ixracının ümumi həcmində Türkiyənin payı 40,2 % təşkil edib.

Hesabat dövründə Azərbaycan 5 milyard 269,1 milyon ABŞ dolları (artım 10,8 %) dəyərində 14 milyard 409,69 milyon kubmetrdən çox qaz (+4,1 %) ixrac edib.

Altı ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana qaz tədarükü həyata keçirilib.

Hesabat dövründə Azərbaycan qazının alış həcminə görə ilk üçlüyə Türkiyə, İtaliya və Gürcüstan daxil olub.

Türkiyə 1 milyard 594,6 milyon ABŞ dolları (-12,1 %) dəyərində 5 milyard 791,6 milyon kubmetrdən çox qaz (-0,7 %) idxal etməklə lider olub.

İtaliya 37,7 % payla ikinci yeri tutub. Bu ilin yanvar-iyul aylarında bu ölkəyə 2 milyard 743,65 milyon ABŞ dolları (+19,9 %) dəyərində 5 milyard 433,78 milyon kubmetrdən çox qaz (-6,3 %) tədarük edilib.

Azərbaycan qazının alıcısı olan ölkələr arasında üçüncü yeri 9,9 % payla Gürcüstan tutub. Hesabat dövründə Gürcüstana 159,56 milyon ABŞ dolları dəyərində (+1,5 dəfə) 1 milyard 434,4 milyon kubmetrdən çox qaz (+2,3 dəfə) tədarük edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti