"Liverpul"un futbolçusu zədəli olduğu üçün milli komandanın matçlarını buraxacaq

Futbol
  • 06 oktyabr, 2025
  • 17:59
Liverpulun futbolçusu zədəli olduğu üçün milli komandanın matçlarını buraxacaq

İngiltərənin "Liverpul" klubunda çıxış edən Yaponiya millisinin futbolçusu Vataru Endo qarşıdakı iki matçda yığmasına kömək edə bilməyəcək.

"Report" xəbər verir ki, bu barədə Mersisayd təmsilçisi məlumat yayıb.

32 yaşlı yarımmüdafiəçi zədəli olduğu üçün növbəti oyunları buraxacaq.

Onun zədəsinin təfərrüatı barədə nə klub, nə də Yaponiya Futbol Assosiasiyası məlumat verib.

Qeyd edək ki, Vataru Endo cari mövsüm "Liverpul" forması ilə 6 qarşılaşmada iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb. Yaponiya millisi oktyabrın 10-da Paraqvay, 4 gün sonra Braziliya ilə yoldaşlıq görüşü keçirəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti