Tramp "Netflix", "Victoria's Secret" və digər şirkətlərin istiqrazlarına 82 milyon dollar investisiya qoyub

Biznes
  • 16 noyabr, 2025
  • 08:41
Tramp Netflix, Victoria's Secret və digər şirkətlərin istiqrazlarına 82 milyon dollar investisiya qoyub

ABŞ Prezidenti Donald Tramp avqust–oktyabr ayları ərzində dəyəri 82 milyon dollardan 337 milyon dollara qədər olan istiqrazlar alıb.

"Report"un məlumatına görə, bunu "Reuters" agentliyi ABŞ hökumət etikası idarəsinə təqdim edilən hesabat əsasında xəbər verib.

Hesabatda dəqiq məbləğ göstərilməyib, yalnız hər bir aktivin təxmini dəyəri qeyd olunub. Siyahıya bələdiyyə orqanlarının istiqrazları, həmçinin "Netflix", "Victoria"s Secret", neft istehsalçısı "Occidental Petroleum" və digər şirkətlərin səhmləri daxildir.

Son xəbərlər

Bütün Xəbər Lenti