Tramp: ABŞ və Çinin yaxşı münasibətləri Yaponiya üçün faydalıdır

Digər ölkələr
  • 27 noyabr, 2025
  • 07:48
Tramp: ABŞ və Çinin yaxşı münasibətləri Yaponiya üçün faydalıdır

Pekin və Vaşinqton yaxşı münasibətlər qurublar və bu, o cümlədən Tokioya da fayda verir.

"Report"un məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Trampın Ağ Evin Mətbuat xidməti tərəfindən "The Wall Street Journal" (WSJ) qəzetinə verdiyi açıqlamada bildirilib.

"ABŞ-nin Çinlə çox yaxşı münasibətləri var və bu, əziz və yaxın müttəfiqimiz Yaponiya üçün də yaxşıdır. Fikrimcə Sədr Si Cinpin soya və digər kənd təsərrüfatı məhsullarının alışını əhəmiyyətli dərəcədə artıracaq", - ABŞ lideri bildirib.

Tramp həmçinin ABŞ-nin Yaponiya, Çin və Cənubi Koreya ilə əla ticarət müqavilələri bağladığını qeyd edib.

WSJ-nin məlumatına görə, ABŞ lideri Yaponiyanın Baş naziri Sanae Takaiti ilə telefon danışığı zamanı ideri ona Tayvanla bağlı daha təmkinli ritorika saxlamağı və Çinin mənfi reaksiyasına səbəb olacaq açıqlamalar verməkdən çəkinməyi məsləhət görüb. Adı açıqlanmayan yapon rəsmiləri qəzetə bildiriblər ki, Tramp Vaşinqtonun Pekinlə münasibətlərini yaxşılaşdırmaq riskini üzərinə götürmək istəmir.

WSJ hesab edir ki, bu epizod ABŞ-Çin münasibətlərində yeni reallığın başladığını göstərir. Qəzet hesab edir ki, Çinlə ticarət barışığı və Tayvan məsələsi bir-biri ilə ayrılmaz şəkildə əlaqəlidir.

Son xəbərlər

Bütün Xəbər Lenti