"The Times": Britaniya Nazirlər Kabineti Starmerdən aparat rəhbərinin istefasını tələb edib

Digər ölkələr
  • 13 noyabr, 2025
  • 05:57
The Times: Britaniya Nazirlər Kabineti Starmerdən aparat rəhbərinin istefasını tələb edib

Böyük Britaniya Nazirlər Kabinetinin üzvləri Baş nazir Kir Starmerdən onun aparat rəhbəri Morqan Maksuinini istefaya göndərməsini tələb ediblər.

"Report" bu barədə "The Times" qəzetinə istinadən məlumat verir.

Məlumata əsasən, nazirlər "Downing Street 10"da işləyən bəzi dəftərxana əməkdaşlarının Birləşmiş Krallığın səhiyyə naziri Uez Stritinqin guya Starmeri baş nazir postundan uzaqlaşdırmaq planları barədə mediaya məlumat sızdırmasından narazı qalıblar. Onların fikrincə, əgər Maksuininin öz tabeliyində olanların hazırladığı hərəkətlər barədə əvvəlcədən məlumatlı olduğu aşkar olunarsa, o, istefaya göndərilməlidir.

Stritinqin özü Starmeri uzaqlaşdırmaq niyyətində olduğu barədə şayiələri təkzib edib. Bundan əvvəl bu cür hadisələrin baş vermə ehtimalı barədə BBC yayım korporasiyası məlumat vermişdi. Onun mənbələrinin məlumatına görə, leyboristlərin lideri və hökumət başçısına qarşı proses noyabrın sonunda təqdim olunacaq büdcə müraciətindən sonra başlana bilər ki, orada da seçki öncəsi vədlərə zidd olaraq fiziki şəxslərin gəlirləri, əlavə dəyər və sosial sığorta üzrə vergilərin artırılması ilə bağlı tədbirlərin olacağı gözlənilir.

Son xəbərlər

Bütün Xəbər Lenti