Tramp ölkə tarixində ən uzun müddətli şatdauna son qoyan qanunu imzalayıb

Digər ölkələr
  • 13 noyabr, 2025
  • 07:53
Tramp ölkə tarixində ən uzun müddətli şatdauna son qoyan qanunu imzalayıb

ABŞ Prezidenti Donald Tramp federal hökumətin fəaliyyətinin maliyyələşdirilməsinin 2026-cı il yanvarın 30-dək davam etdirilməsini nəzərdə tutan qanunu imzalayıb.

"Report"un məlumatına görə, bununla da ABŞ hökumətinin rekord müddətli fəaliyyətinin dayandırılması (şatdaun) 43-cü gündə başa çatıb.

Daha əvvəl qanun layihəsi Konqres tərəfindən təsdiqlənib.

Trampın sözlərinə görə, onun sənədi imzalaması ilə federal hökumət normal işinə qayıdır. Bununla yanaşı, ABŞ lideri bir daha şatdaunu təhrik etməkdə Demokratik Partiyadan olan siyasi rəqiblərini günahlandıraraq onların ucbatından ABŞ-də 20 min aviareysin ləğv edildiyi və ya gecikdirildiyini, bir milyondan çox dövlət qulluqçusunun maaşsız qaldığını, çoxsaylı aztəminatlı amerikalıların ərzaq təminatı proqramı üzrə ödənişlər almadığını bəyan edib.

Sənəd yanvarın sonuna qədər hökumətin işi üçün maliyyələşdirmənin ayrılması ilə yanaşı, 2026-cı maliyyə ili üçün ABŞ Kənd Təsərrüfatı Nazirliyi, Veteranlarla İş Departamentinin və ABŞ-nin hərbi məqsədli tikinti proqramlarının icrasına vəsait ayrılacaq. Həmçinin Vaşinqton administrasiyasının bəzi dövlət qulluqçularının işdən çıxarılması ilə bağlı qərarlarının ləğvi və dekabrın ortalarına qədər tibbi sığorta ilə bağlı tədbirlərə dair səsvermənin keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Bütün Xəbər Lenti