Türkiyədə ard-arda güclü zəlzələlər baş verdi
Region
- 13 noyabr, 2025
- 07:40
Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda maqnitudası 4-dən böyük ard-arda üç zəlzələ baş verib.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Bakı vaxtı ilə 07:16, 07:20 və 07:21-də qeydə alınıb. Onlardan ən güclüsü 4,7, digər ikisi isə 4,2 maqnitudada olub.
Zəlzələlərin ocağı müvafiq olaraq 12,31, 7,89 və 7 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar ətraf şəhərlərdə də hiss olunub.
Son xəbərlər
09:35
Azərbaycanın aerobika gimnastları Bratislavada bürünc medal qazanıblar
Fərdi09:31
ABŞ-nin Hörmüz boğazını blokadaya alması gözləntisi fonunda neft bahalaşır
Digər ölkələr09:22
İranın mundialdan kənarda qalması AFC və UEFA komandalarına əlavə imkan yarada bilər
Futbol09:14
Azərbaycan Yüksək Liqası: "Turan" Tovuzda "Gəncə"ni sınağa çəkəcək
Komanda09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (13.04.2026)
Maliyyə09:01
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Hərbi09:01
Azərbaycan Basketbol Liqasının pley-off mərhələsi bu gün start götürür
Komanda08:52
Avstraliyada ilk dəfə qadın ordu komandanı təyin edilib
Digər ölkələr08:29