Şmıqal: Ukrayna Slovakiyadan "Bozena" minatəmizləmə maşınları alacaq
- 06 oktyabr, 2025
- 21:26

Ukrayna Slovakiyadan beş ədəd "Bozena" minatəmizləmə maşını və digər avadanlıqlar alacaq.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal özünün "Telegram" kanalında məlumat verib.
"Slovakiyanın Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak ilə qeyri-öldürücü avadanlıq və mexanizmlərin verilməsi haqqında saziş imzaladıq. Slovakiya qarşılıqsız şəkildə Ukraynanı mühəndis və tikinti avadanlığı, o cümlədən "Bozena" maşınları, nəqliyyat, minatəmizləmə sistemləri və tibbi evakuasiya avadanlıqları ilə təmin edəcək", - paylaşımda deyilir.
Görüş zamanı Şmıqal slovakiyalı həmkarına göstərdiyi köməyə görə təşəkkür edərək Ukraynanın ədalətli və davamlı sülh yolunda Slovakiyanın dəstəyini hiss etdiyini bildirib. O həmçinin artıq təqdim olunmuş yardım paketlərinə görə minnətdarlığını bildirib.
Tərəflər həmçinin Ukrayna və Slovakiya şirkətləri arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Şmıqal göstərdikləri dəstəyə görə Slovakiya hökumətinə və xalqına minnətdarlığını bildirib.