Madaqaskarın yeni baş nazirinin kimliyi bəlli olub
- 06 oktyabr, 2025
- 23:38

Madaqaskar Prezidenti Andri Radzuelina diviziya generalı Rüfen Zafisambanı yeni baş nazir təyin edib.
"Report"un "TVM" kanalına istinadən məlumatına görə, dövlət başçısı bu barədə İavuluha sarayındakı çıxışında bəyan edib.
Yeni baş nazir sentyabrın 29-da kütləvi hökumət əleyhinə nümayişlərin təzyiqi altında istefa verən Kristian Ntsayın yerini tutub.
Xatırladaq ki, sentyabrın 25-də Madaqaskarda elektrik və su təchizatındakı fasilələrə qarşı etiraz aksiyaları başlayıb, bu isə iğtişaşlara çevrilib. Hakimiyyətin məlumatına görə, nümayişçilər arasında çoxlu silahlı insanlar var.
Çıxışları təşkil edən "Z Nəsli" hərəkatı prezident Radzuelinanın da istefasına nail olmağa çalışır.
Dövlət başçısı dəfələrlə müxaliflərlə dialoqa hazır olduğunu bildirsə də, hakimiyyətin Konstitusiyaya zidd dəyişməsinə qarşı çıxıb.