KİV: Aİ bütün dünyadan polad idxalına 50 % rüsum tətbiq etmək niyyətindədir

Digər ölkələr
  • 06 oktyabr, 2025
  • 23:29
KİV: Aİ bütün dünyadan polad idxalına 50 % rüsum tətbiq etmək niyyətindədir

Avropa İttifaqı (Aİ) bütün dünyadan polad idxalına 50% rüsum tətbiq etməyə hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Financial Times" (FT) qəzeti Brüsseldəki mənbələrə istinadən məlumat yayıb.

"Polad sənayesi üçün uzunmüddətli mühafizəyə zəmanət vermək üçün başqa yol yoxdur. Əks halda, biz polad sənayesini itirəcəyik", - Aİ rəsmisi bildirib.

Britaniya polad şirkətlərinin maraqlarının müdafiəsi ilə məşğul olan "UK Steel" assosiasiyasının baş direktoru Qaret Steys bildirib ki, Böyük Britaniyanın bu sahədə ixracının 80%-i Avropa İttifaqı ölkələrinə yönəldiyi nəzərə alınsa, Avropa İttifaqının mümkün tədbirləri krallığın iqtisadiyyatına güclü təsir göstərəcək. Bununla əlaqədar o, Londonu Brüsseldən güzəştlər əldə etməyə çağırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti