Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib, ölənlər və yaralılar var

Digər ölkələr
  • 17 noyabr, 2025
  • 08:30
Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib, ölənlər və yaralılar var

Rusiyanın Ukraynanın Xarkov vilayətinin Balakliya şəhərinə bir gecədə endirdiyi raket zərbələri nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə Balakliya Şəhər Hərbi İdarəsinin rəisi Vitali Karabanov özünün telegram kanalında məlumat verib.

O, xəsarət alanlar arasında 3 uşağın olduğunu bildirib: "Xəsarət alan 9 nəfər xəstəxanaya yerləşdirilib, bir nəfər isə ambulator müalicə alır. Hər kəsə lazımi tibbi yardım göstərilir".

Onun sözlərinə görə, mümkün itkilərlə bağlı zənglər gəlməkdə davam edir: "Hadisə yerində xilasedicilər, tibb işçiləri və fövqəladə hallar xidməti işlərini davam etdirir".

Son xəbərlər

Bütün Xəbər Lenti