Çindən Azərbaycana turist axını 50 %-ə yaxın artıb
- 17 noyabr, 2025
- 11:09
Bu ilin yanvar–oktyabr aylarında Çindən Azərbaycana səfər edən turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 % artaraq 57 min nəfərə çatıb.
"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda ilk dəfə keçirilən "China Visitors Summit"də deyib.
Onun sözlərinə görə, bu artım Azərbaycanla Çin arasında formalaşan etimadın və səmərəli əməkdaşlığın nəticəsidir: "Bu, həm də ölkələrimiz arasında artan etimadın və effektiv əməkdaşlığın göstəricisidir".
Agentlik sədri deyib ki, Çində keçirilən beynəlxalq sərgilərdə iştirak, Pekin, Şanxay, Quançjou, Şençjen və digər şəhərlərdə təşkili olunan təqdimatlar, həmçinin onlayn kampaniyalar Azərbaycanın Çin turizm bazarındakı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib.