Netanyahu İrana qarşı sanksiyaların dərhal bərpa olunmasına çağırıb

Digər ölkələr
  • 26 sentyabr, 2025
  • 17:45
Netanyahu İrana qarşı sanksiyaların dərhal bərpa olunmasına çağırıb
Benyamin Netanyahu

İsrailin Baş naziri Binyamin Netanyahu BMT Baş Assambleyasının kürsüsündən dünya birliyini İrana qarşı sanksiyaları dərhal bərpa etməyə çağırıb.

"Report"un verdiyi məlumata görə, Netanyahu həmçinin bildirib ki, İsrail öz tarixində ən böyük qələbəyə imza ataraq İranın nüvə potensialını tamamilə məhv edib.

"İran aktiv şəkildə nüvə silahı və ballistik raket proqramı hazırlayırdı. Bu proqram təkcə İsrailin məhv edilməsinə yönəlməmişdi, həm də ABŞ-ni təhdid edirdi", - B.Netanyahu bildirib.

Onun sözlərinə görə, hələ bir il əvvəl yüzlərlə terrorçu və raketlə Qəzza bölgəsindən, Livandan və hətta Suriyadan İsrailə hücum təşkil edilmişdi.

"İran qüvvələrinin dəstəklədiyi diktator Bəşər Əsəd də ölkəmizə hücum etməyə çalışırdı. Yəməndəki husilər Qırmızı dənizdə gəmiçiliyi çətinləşdirirdi. Biz husilərin şəbəkələrini, HƏMAS-ı məhv etdik, "Hizbullah"a dağıdıcı zərbə endirdik, onların liderlərini öldürdük və silahlardan məhrum etdik. Təkcə peycer insidentində minlərlə terrorçu məhv edildi. Son illərdə gördüyümüz ən mühüm iş isə İranın nüvə silahı və ballistik raket proqramını tamamilə ləğv etmək olub", - baş nazir qeyd edib.

B.Netanyahunun sözlərinə görə, bu uğura xüsusilə İranın aparıcı nüvə alimlərinin öldürüldüyü 12 günlük müharibə nəticəsində nail olunub:

"Biz Tehran səmasını özümümzün və uran zənginləşdirmə obyektlərini bombalayan amerikalı pilotların sayəsində nəzarətə götürdük. Mən qətiyyətli və cəsarətli addımlarına görə prezident Trampa təşəkkür edirəm. Prezident Tramp və mən İranda nüvə silahı hazırlanmasının qarşısını almağı vəd etmişdik və biz bu vədə əməl etdik. Biz İranın öz nüvə potensialını bərpa etməsinə imkan verməməliyik. İrandakı zənginləşdirilmiş uran ehtiyatları məhv edilməlidir. Sabah biz İrana qarşı BMT TŞ-nin sanksiyalarını bərpa etməliyik".

Son xəbərlər

Bütün Xəbər Lenti