Qrossi Hindistanla Pakistan arasında nüvə müharibəsi riski olmadığını açıqlayıb
Digər ölkələr
- 26 sentyabr, 2025
- 19:50

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Hindistan və Pakistan arasında nüvə müharibəsinin baş verməyəcəyini düşünür.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə o, Moskvada keçirilən Ümumdünya Atom Həftəsi forumunda BAEA-nın regionda təhlükəsizliyin yaxşılaşdırılması üçün nə edə biləcəyi ilə bağlı sualı cavablandırarkən danışıb.
"Siz iki ölkə arasında baş verə biləcəklərdən, o cümlədən nüvə müharibəsindən danışırsınız. Məncə, bu, ağlasığmazdır", - o deyib.
Qrossi qeyd edib ki, iki ölkə arasında bütün gərginliklərə baxmayaraq, belə bir ehtimalın qarşısını almaq üçün hər cür səy göstərilir.
Son xəbərlər
22:07
Foto
Tacikistanda Vətən müharibəsi şəhidləri anılıb
Xarici siyasət21:58
Azərbaycan Cənubi Qafqazda sülh və regional əməkdaşlıq dövrünü başladıb - RƏY
Xarici siyasət21:57
Fransanın Baş naziri oktyabrın 1-dək yeni hökuməti formalaşdırmaq niyyətindədir
Digər ölkələr21:41
Almaniya PUA insidentindən sonra təxribatla bağlı araşdırmalara başlayıb
Digər ölkələr21:31
Mirzoyan ABŞ Dövlət katibinin müavini ilə regional məsələləri müzakirə edib
Region21:18
BMT Baş katibinin sözçüsü: Azərbaycan Prezidenti Baş Assambleyadakı çıxışında çox önəmli fikirlər səsləndirdi
Xarici siyasət21:16
Azərbaycan Basketbol Liqasında 2025/2026 mövsümünə start verilib
Komanda21:05
Vadeful: Rusiyanın NATO-nu məğlub etmək şansı olmayacaq
Digər ölkələr20:59