KİV: Dron hadisəsindən sonra Almaniyada şəxsi bunker tikintisinə tələbat artıb
- 22 sentyabr, 2025
- 01:19

Son vaxtlar, xüsusən Polşadakı dron hadisəsindən sonra Almaniyada şəxsi bunker tikintisinə tələbat xeyli artıb.
"Report"un məlumatına görə, bu barədə "Bild" qəzeti məlumat yayıb.
"Yanvar ayından sorğuların sayı 50 % artıb", - "Bunker Schutzraum Systeme Deutschland" şirkətinin rəhbəri Mario Pyede bildirib.
Nəşrin məlumatına görə, ən çox müraciət Polşada baş verən dron insidentindən sonra olub. Pyedenin sözlərinə görə, bütün müraciətlərin 30 %-i şirkətlərdən və ev sahiblərindən gəlir. "Şirkətlər bizə zəng edir, çünki işçiləri üçün öz binalarında bunker istəyirlər", - o deyib.
Almaniyada təxminən 480 000 insan yerləşə biləcəyi 579 sığınacaq var.
Sentyabrın 10-a keçən gecə Rusiyanın Ukraynanın qərbinə genişmiqyaslı hücumu zamanı bu ölkənin onlarla pilotsuz təyyarəsi Polşanın hava məkanını pozub. Hərbçilər təhdid edən pilotsuz təyyarələrin vurulduğunu, onların qalıqlarının sərhəd bölgələrində tapıldığını, lakin itkilərin olmadığını bildiriblər.
Polşanın Baş naziri Donald Tuskun sözlərinə görə, sentyabrın 9-dan 10-na keçən gecə ölkənin hava məkanının 19 pozuntusu faktı qeydə alınıb. Hadisədən sonra NATO Polşanın xahişi ilə alyans üzvləri arasında məsləhətləşmələrə başlamaq üçün Şimali Atlantika Müqavilənin 4-cü maddəsini işə salıb.
Daha sonra, sentyabrın 19-da Rusiyanın üç təyyarəsi Estoniya sərhədini pozaraq ölkənin hava məkanında 12 dəqiqə qalıb. Uçuşun Polşanın Baltik dənizindəki "Petrobaltic" neft platforması üzərindən uçduğu bildirilir.