"İstəklilər Koalisiyası" Ukraynaya silah tədarükü üçün maliyyəni artıracaq

Digər ölkələr
  • 22 sentyabr, 2025
  • 02:45
İstəklilər Koalisiyası Ukraynaya silah tədarükü üçün maliyyəni artıracaq

Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında PURL təşəbbüsünün maliyyələşdirilməsinin 2025-ci ilin oktyabrında artırılacağını açıqlayıb.

"Report" xəbər verir ki, PURL təşəbbüsü NATO ölkələrinin könüllü töhfələri hesabına Ukraynaya silahların sürətlə çatdırılmasını nəzərdə tutur.

"Biz bu təşəbbüs üçün əlavə maliyyənin oktyabrda gəlməsini gözləyirik", - o deyib.

Ukrayna lideri yaxın vaxtlarda ABŞ Prezidenti Donald Trampla görüşəcəyini xəbər verib. O, həmçinin ukraynalı uşaqların Rusiyadan qaytarılması ilə bağlı qlobal forumda iştirak edəcəyini də açıqlayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti