İlin son Günəş tutulması başa çatıb - YENİLƏNİB
- 22 sentyabr, 2025
- 01:58

İlin ikinci və son Günəş tutulması başa çatıb.
"Report"un xəbərinə görə, bu, qismən tutulma olub.
Təbiət hadisəsi saat 21:29:32-də başlayıb və sentyabrın 22-si saat 01:53:33-də sona çatıb. Tutulma 4 saat 22 dəqiqə davam edib. Təbiət hadisəsinin maksimumu sentyabrın 21-i saat 23:43:04-də olub.
Hadisə Sakit okean, Yeni Zelandiya və Antarktidada görünsə də, Azərbaycandan müşahidə edilməyib.
Bu ilin ikinci və son Günəş tutulması başlayıb.
"Report"un xəbərinə görə, bu, qismən tutulmadır.
Təbiət hadisəsi saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq. Tutulma 4 saat 22 dəqiqə davam edəcək. Təbiət hadisəsinin maksimumu sentyabrın 21-i saat 23:43:04-də olacaq.
Hadisə Sakit okean, Yeni Zelandiya və Antarktidada görünsə də, Azərbaycandan müşahidə edilməyəcək.