Türkiyədə zəncirvari yol qəzası olub, ölən və xəsarət alanlar var

Region
  • 22 sentyabr, 2025
  • 04:50
Türkiyədə zəncirvari yol qəzası olub, ölən və xəsarət alanlar var

Türkiyənin Mersin şəhərində zəncirvari yol qəzası olub.

Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, Mut rayonunda 3 avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, daha 8 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım və jandarm əməkdaşları cəlb edilib. Yaralılar Mut Dövlət Xəstəxanasına aparılıb.

Qeyd edilir ki, ölən şəxs sürücüdür.

Qəzanın başvermə səbəbi açıqlanmır. Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti