Əfqanıstanda partlayış zamanı azı 8 nəfər ölüb, 50 nəfər yaralanıb
Digər ölkələr
- 13 mart, 2021
- 03:43

Əfqanıstanın Herat şəhərində partlayış törədilib.
Bu barədə “Report” “Pajhwok Afghan News” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, şəhərdə minalanmış avtomobil partladılıb. Hadisə zamanı azı 8 nəfər həlak olub, 50-yə yaxın insan müxtəlif xəsarətlər alıb.
Heratın İctimai Səhiyyə İdarəsinin mətbuat katibi Məhəmməd Rafik Şirzay bildirib ki, həlak olanlardan ikisi uşaqlardır. Bundan əlavə, partlayış zamanı həddi-büluğa çatmamış daha 3 nəfər xəsarət alıb.
Yaralıların hamısı xəstəxanaya yerləşdirilib. Onlardan 6-sı ağır vəziyyətdədir. Hadisə zamanı həmçinin 20-dən çox evə ziyan dəyib.

Son xəbərlər
12:21
Azərbaycan inkişaf etməkdə olan ölkələrdə kosmik xidmətlərin reallaşdırılmasına başlayıb
İKT12:20
Yerlan Akkenjenov: "Qazaxıstan və Azərbaycan enerji sahəsində strateji sazişlər imzalayacaq"
Energetika12:14
Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşü keçirilir
Xarici siyasət12:14
Fransanın sabiq prezidenti həbsxanaya salınıb
Digər ölkələr12:13
BP daha 5 beynəlxalq dərsliyi Azərbaycan dilinə tərcümə edib
Energetika12:13
IMF 2031-ci ilə qədər Azərbaycanın ümumi dövlət borcuna dair gözləntilərini azaldıb
Maliyyə12:11
"Kəpəz"in braziliyalı futbolçusu: "Sonuncu pilləni mümkün qədər tez tərk etmək istəyirik" - MÜSAHİBƏ
Futbol12:08
Foto
Astanada "Orta dəhlizin inkişafı" birgə layihəsi təqdim edilib
Xarici siyasət12:08