Yerlan Akkenjenov: "Qazaxıstan və Azərbaycan enerji sahəsində strateji sazişlər imzalayacaq"

Energetika
  • 21 oktyabr, 2025
  • 12:20
Yerlan Akkenjenov: Qazaxıstan və Azərbaycan enerji sahəsində strateji sazişlər imzalayacaq

Astana və Bakı arasında Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə tədarükü və "yaşıl kabel"in çəkilməsi (Azərbaycan, Qazaxıstan və Özbəkistanın iştirakı ilə üçtərəfli layihə çərçivəsində) ilə bağlı strateji sazişlər imzalanacaq.

"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə ölkənin energetika naziri Yerlan Akkenjenov bu gün jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, sənədlər bu gün Azərbaycan Prezidentinin Qazaxıstana dövlət səfəri çərçivəsində imzalanacaq.

Nazir deyib ki, söhbət Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Azərbaycan ərazisindən tranzit həcmlərinin artırılmasından gedir.

"Azərbaycanın mövcud infrastrukturu Qazaxıstan neftinin tədarük həcmlərini artırmağa imkan verir. Bu, təsərrüfat subyektləri arasında qiymətlə (tranzit tarifləri) bağlı kommersiya danışıqlarının mövzusudur", - nazir əlavə edib.

Y. Akkenjenov vurğulayıb ki, Bakı-Supsa neft kəmərinin istifadəsi gələcəkdə Qazaxıstanda neft hasilatının həcminin artırılacağı halda nəzərdən keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti