IMF 2031-ci ilə qədər Azərbaycanın ümumi dövlət borcuna dair gözləntilərini azaldıb

Maliyyə
  • 21 oktyabr, 2025
  • 12:13
IMF 2031-ci ilə qədər Azərbaycanın ümumi dövlət borcuna dair gözləntilərini azaldıb

Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, 2025-ci ildə Azərbaycanın ümumi dövlət borcu daha əvvəl proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 27,6 %-nə qarşı 22,4 % təşkil edəcək.

"Report" IMF-ə istinadən xəbər verir ki, bu göstəricinin gələn il 23,5 %-ə (əvvəlki proqnoz - 28,6 %), 2030-cu ildə isə ÜDM-in 24,9 %-nə (əvvəlki proqnoz - 29,4 %) yüksələcəyi gözlənilir.

IMF-nin məlumatına əsasən, 2024-cü ildə ümumi dövlət borcu ÜDM-in 21,76 %-ni təşkil edib.

Öz növbəsində, IMF proqnozlaşdırır ki, 2025-ci ildə Azərbaycanın ümumi xarici borcu ÜDM-in 7,6 %-ni (əvvəlki proqnoz - 7,9 %), gələn il 8 %-ni (əvvəlki proqnoz - 7,8 %), 2030-cu ilin yekununda isə ÜDM-in 7,1 %-ni (əvvəlki proqnoz - 6,6 %) təşkil edəcək.

Azərbaycan hökuməti proqnozlaşdırır ki, dövlət borcu 2025-ci ilin sonuna 25,404 milyard manat, 2026-cı ilin sonuna isə 27,051 milyard manat təşkil edəcək.

Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanın xarici dövlət borcu 4,9 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti