Azərbaycan inkişaf etməkdə olan ölkələrdə kosmik xidmətlərin reallaşdırılmasına başlayıb

İKT
  • 21 oktyabr, 2025
  • 12:21
Azərbaycan inkişaf etməkdə olan ölkələrdə kosmik xidmətlərin reallaşdırılmasına başlayıb
Dunay Bədirxanov

Azərbaycan inkişaf etməkdə olan ölkələrdə kosmik xidmətlərin reallaşdırılmasına başlayıb.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən Dunay Bədirxanov jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, xidmətlərin ixracı ilə bağlı həqiqətən yeni imkanlar yaranır: "Bu xüsusilə yerin məsafədən müşahidəsi çərçivəsindədir. Bundan sonra təsvirlərə olan tələbat daha da artacaq. Bu, həm Azərbaycanda, həm də dünyada olan proseslərlə əlaqədardır. Çünki biz bu gün peyk təsvirlərimizi ancaq Azərbaycanda deyil, həmçinin bizim coğrafi informasiya sistemləri mərkəzimiz vasitəsilə digər ölkələrə çıxarırıq".

O bildirib ki, peyklərin istehsalının Azərbaycana gətirilməsi ancaq kosmik sahənin inkişafı deyil: "Bu ümumilikdə Azərbaycanda texnoloji potensialın artımının göstəricisidir və bu potensialın istifadəsi üçün yeni imkandır. Dolayısı ilə Azərbaycanda bir çox texnoloji sahələrin, həmçinin rəqəmsal sahələrin də inkişafına öz töhfəsini verəcək. Peyk istehsalı üzrə mərkəzimizin artıq yeri seçilmişdir. Hazırda onun layihəsinin razılaşdırılması gedir. Ən önəmlisi ondan ibarətdir ki, layihə bizim planımıza uyğun davam edir və bir neçə ildən sonra artıq zavodumuzda öz peyklərimizin istehsalını görəcəyik".

Son xəbərlər

Bütün Xəbər Lenti