"Findoc" portalının istifadəçilərinin sayı 150 mini keçib

Maliyyə
  • 21 oktyabr, 2025
  • 12:08
Findoc portalının istifadəçilərinin sayı 150 mini keçib

"Azərbaycan Kredit Bürosu" MMC-nin (AKB) yaratdığı rəqəmsal "Findoc" portalında qeydiyyatdan keçmiş istifadəçilərin sayı 150 mini keçib.

"Report" bu barədə Büroya istinadən xəbər verir.

Portal ölkə vətəndaşlarına, habelə hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə heç yerə getmədən özləri barədə Büroda toplanılmış məlumatlara çıxış imkanı təqdim edən unikal platformadır.

Portalda qeydiyyatdan keçmiş hər bir istifadəçiyə kredit və skor hesabatını ildə 2 dəfə ödənişsiz əldə etmək imkanı təqdim edilir. Ödənişsiz sorğu limiti bitdikdən sonra göstərilən xidmətlərdən yararlanmaq üçün hər bir məhsul üzrə fərdi qaydada ödəniş və ya daha sərfəli olan abunəlik paketlərindən istifadə imkanı mövcuddur. Müvafiq ödənişlər Portal üzərindən və nağdsız qaydada həyata keçirilir.

Xatırladaq ki, AKB 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun təsisçiləri hər biri 12,5 % payla 8 bank - "Azərbaycan Beynəlxalq Bankı", "Bank Respublika", "Xalq Bank", "Kapital Bank", "PAŞA Bank", "Rabitəbank", "Unibank" və "Ziraat Bank Azərbaycan" ASC-lərdir. Beləliklə, ötən il hər bank 950 min manat dividend alıb.

Son xəbərlər

Bütün Xəbər Lenti