Braziliya hərbi sahədə nüvə texnologiyalarının istifadəsinə keçid edə bilər

Digər ölkələr
  • 06 sentyabr, 2025
  • 02:52
Braziliya hərbi sahədə nüvə texnologiyalarının istifadəsinə keçid edə bilər

Braziliya rəhbərliyi beynəlxalq vəziyyətin pisləşməsi fonunda gələcəkdə nüvə texnologiyalarından hərbi sahədə istifadə imkanını nəzərdən keçirə bilər.

"Report"un "Folha de S. Paulo" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin mədən və energetika naziri Aleşandri Silveyra bəyan edib.

"Nüvə texnologiyasından müdafiə məqsədilə istifadə planlarına yenidən baxmaq lazım gələcək", - nazir bildirib.

O əlavə edib ki, Braziliya Prezidenti Luis İnasiu Lula da Silva hazırda nüvə proqramı olmadan ölkənin suverenliyini qorumağı bacarır, lakin Braziliyaya gələcəkdə xarici təhdidlərdən müdafiə üçün nüvə texnologiyaları lazım ola bilər.