Avropa Komissiyasının sədri: Aİ Ukraynaya təcili enerji yardımı göstərəcək

Digər ölkələr
  • 04 noyabr, 2025
  • 00:55
Avropa Komissiyasının sədri: Aİ Ukraynaya təcili enerji yardımı göstərəcək

Avropa İttifaqı qış mövsümündə Ukraynaya fövqəladə enerji yardımı göstərir və həmçinin lazımi davamlı maliyyə dəstəyini təmin etmək variantları üzərində işləyir.

"Report"un məlumatına görə, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbətindən sonra deyib.

"Prezident Zelenski ilə yaxşı söhbətimiz olub. Hörmətli prezident, Ukrayna bu qış tək olmayacaq. Aİ yaxın aylarda Ukraynaya (çətinliklərin öhdəsindən gəlməkdə - Qeyd) kömək etmək üçün təcili enerji yardımı göstərməklə sizinlə birlikdədir.

Eyni zamanda, biz Ukrayna üçün zəruri davamlı maliyyə dəstəyini təmin etmək variantları üzərində işləyirik. Sabah biz genişlənmə paketimizi qəbul edəcəyik ki, bu da Ukraynanın son bir ildə Avropa yoluna fövqəladə sadiqliyini qeyd edəcək. Komissiyanın mesajı aydındır: Ukrayna irəliləməyə hazırdır", o sosial şəbəkədə yazıb.

Daha əvvəl bildirilib ki, Ukraynanın qaz idxalı üçün lazım olan 2 milyard dollarından 750 milyonu çatışmır.

Zelenskinin Ursula fon der Lyayenlə söhbətindən sonra dediyi kimi, Avropa əlavə olaraq 127 milyon avro dəstək verəcək. O, həmçinin qeyd edib ki, Kiyev Ukraynanın enerji sektorunu dəstəkləmək üçün Avropa liderləri ilə videogörüşləri davam etdirəcək, növbəti görüş bir həftədən sonra baş tutacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti