Britaniyaya sığınacaq üçün edilən müraciətlərin sayı 108 mini keçib

Digər ölkələr
  • 04 noyabr, 2025
  • 04:46
Britaniyaya sığınacaq üçün edilən müraciətlərin sayı 108 mini keçib

2024-cü ildə Böyük Britaniyada sığınacaq üçün edilən müraciətlərin sayı 108 mini keçib ki, bu da ölkə üçün rekord göstəricidir.

"Report" xəbər verir ki, bu barədə "The Times" qəzeti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hesabatına istinadən məlumat yayıb.

Ötən il miqrantlar 2023-cü ildəkindən (84 000) 28% çox müraciət edib. Ümumiyyətlə 1979-cu ildən 2024-cı ilə kimi bu qədər çox müraciət qeydə alınmayıb. Əvvəlki rekord 2002-ci ildə qeydə alınıb. O zaman Britaniya qurumlarına 103 000 müraciət daxil olub.

Təşkilat bildirib ki, 2024-cü ildə 44 000 miqrant Böyük Britaniyaya qeyri-qanuni yolla daxil olmaq istəyib. Onlar, ilk növbədə, qaçaqmalçıların xidmətindən istifadə ediblər. Belə ki, miqrantlar şişmə qayıqlarla La-Manş boğazından keçiblər. 2023-cü ildə 38 000 oxşar cəhd qeydə alınıb.

Böyük Britaniyaya 10 mindən çox qeyri-qanuni miqrant Pakistandan, daha sonra Əfqanıstan və İrandan (hər biri 8 min nəfər) gəlib.

Son xəbərlər

Bütün Xəbər Lenti