Şimali Koreya qüvvələri Pentaqonun rəhbərini raketlərlə "qarşılayıb"

Digər ölkələr
  • 04 noyabr, 2025
  • 06:23
Şimali Koreya qüvvələri Pentaqonun rəhbərini raketlərlə qarşılayıb

Şimali Koreya qüvvələri Pentaqonun rəhbəri Pit Heqset Şimali Koreya ilə Cənubi Koreya sərhədindəki demilitarizasiya zonasına (DMZ) gəlməzdən bir saat əvvəl Sarı dənizə doğru təxminən reaktiv yaylım atəş sistemi ilə 10 raket buraxıb.

"Report"un məlumatına görə, "Yonhap" agentliyi buna səbəb kimi Cənubi Koreya hərbi rəsmilərini göstərib.

Koreya Respublikası və ABŞ-ın müdafiə nazirləri 2017-ci ildən bəri ilk dəfə DMZ-yə birgə səfər ediblər. Raketin buraxılışı yerli vaxtla saat 16:00 radələrində qeydə alınıb.

Seul həmçinin qeyd edib ki, Şimali Koreya qüvvələri noyabrın 1-də, Kyonqjuda keçirilən Cənubi Koreya-Çin sammiti zamanı yerli vaxtla saat 15:00 radələrində təxminən 10 raket atıb.

Cənubi Koreya liderinin administrasiyası görüşdən əvvəl qeyd edib ki, Koreya yarımadasının nüvəsizləşdirilməsi iki ölkə liderləri arasında müzakirə mövzusu ola bilər.

"Hərbçilərimiz Şimali Koreyanın hərəkətlərini diqqətlə izləyir, Koreya Respublikası və ABŞ arasında birgə döyüş hazırlığını yüksək səviyyədə saxlayır", - Koreya Respublikasının Birləşmiş Qərargah Rəislərinin bəyanatından bildirilib.

Yonhap xəbər agentliyi qeyd edir ki, raketlərin buraxılışı BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmur.

Son xəbərlər

Bütün Xəbər Lenti